Məhkəmə sertifikasiyadan keçə bilməyən müəllimin tələbini RƏDD ETDİ

Məhkəmə sertifikasiyadan keçə bilməyən müəllimin tələbini RƏDD ETDİ

Hazırda oxunan: Məhkəmə sertifikasiyadan keçə bilməyən müəllimin tələbini RƏDD ETDİ

242370

Sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqaviləsinə xitam verilən Laçın rayon 9 nömrəli tam orta məktəbinin keçmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Qədirova Şəlalə Kərim qızı imtahanın nəticələri ilə razılaşmayaraq məhkəməyə müraciət edib. 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya məlumat verilib.

Belə ki, Şəlalə Qədirova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “31 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanının və 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb.
məhkəmənin qətnaməsi ilə onun iddiası təmin olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO