Gecədən başlayan güclü yağış Goranboyda selə səbəb olub.
Bizim.Media-ya rayon icra hakimiyyətindən verilən məlumata görə, Gorançay, Qaraçay və Kürəkçay çaylarında suyun səviyyəsinin artması nəticəsində rayonunun 8 yaşayış məntəqəsində fərdi təsərrüfatlara, yol infrakstrukturuna, biçilməmiş taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərə qismən ziyan dəyib. Sel suları evlərə, ictimai iaşə obyektlərinə dolub.
Həmçinin Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün hər iki ətrafı su ilə dolduğundan orada avtomobillərin hərəkəti çətinləşib. Yaranan problemin aradan qaldırmaq üçün FHN-in avtomobilləri əraziyə cəlb edilib.
Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, gecə saatlarından başlayaraq, fəsadların aradan qaldırılması istiqamətində operativ işlərə start verib. Hazırda bu sahədə tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:56 / 10.06.2021
Goranboyu sel basdı - FOTO
Hazırda oxunan: Goranboyu sel basdı - FOTO
Hazırda oxunan: Goranboyu sel basdı - FOTO
24237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.