İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ: 10 aprel saat 11:00-dək...

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ: 10 aprel saat 11:00-dək...

Hazırda oxunan: İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ: 10 aprel saat 11:00-dək...

242367

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Bu barədə Bizim.Media-ya İnsan Resursları Mərkəzindən məlumat verilib.
 

Bildirilib ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.


Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: //www.miq.edu.az/yerdeyishme/faq

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO