Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar qanunsuz KƏSİLİB

Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar qanunsuz KƏSİLİB

Hazırda oxunan: Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar qanunsuz KƏSİLİB

242352

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
 

Bildirilib ki, araşdırma zamanı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi, 52 ünvanında yerləşən "Hünər Sumqayıt-10" MTK-ya məxsus ərazidə, İmişli rayonu, Sarxanlı kəndi ərazisində, İmişli rayonu, Qaradonlu kəndinin yaxınlığında və Quba rayonu, İkinci Nügədi kəndi ərazisində ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 98 900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.


Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO