DİN-dən ÇAĞIRIŞ: “İnstaqram”da bu elanlara inanmayın! - FOTO/VİDEO

DİN-dən ÇAĞIRIŞ: “İnstaqram”da bu elanlara inanmayın! - FOTO/VİDEO

Hazırda oxunan: DİN-dən ÇAĞIRIŞ: “İnstaqram”da bu elanlara inanmayın! - FOTO/VİDEO

242347

Sosial şəbəkələrdə kiberdələduzluq edən şəxs tutulub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, İsmayıllıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirən 30 yaşlı Ceyhun Məmmədov saxlanılıb.
 

O, “Instagram”da “medine.invest” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici, vədlər verib.


C.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

DİN bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən elanlara inanmamağa çağırır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO