Gəncədə 21 yaşlı qadın dəm qazından zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1994-cı il təvəllüdlü L. Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin versiyaya görə L. Əkbərova yaşadığı evin hamam otağında zəhərlənib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu