Hil kəndində sakinlərlə növbəti səyyar qəbul keçirildi - FOTO

Hil kəndində sakinlərlə növbəti səyyar qəbul keçirildi - FOTO

Hazırda oxunan: Hil kəndində sakinlərlə növbəti səyyar qəbul keçirildi - FOTO

242284

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü rayonun Hil kəndində baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinlər aktual məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.
 

Görüşdən əvvəl Hil kənd tam orta məktəbində hərbi hazırlıq dərsinin gedişatı ilə tanış olan icra başçısı şagirdlər və müəllimləri ilə həmsöhbət olub. Hil kənd tam orta məktəbinin binasında baş tutan görüşdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra sakinlər içməli su çatışmazlığı, istismara yararsız elektrik dirəkləri və xətlərinin dəyişdirilməsi, məhəllədaxili yolların təmiri, örüş sahələrinin azlığı, yeni məhəllələrə qaz xəttinin çəkilməsi və digər məsələlərlə bağlı müraciətlərini ediblər.

Görüş zamanı sakinləri maraqlandıran məsələlər müzakirə edilib, müraciətləri cavablandırılıb, kəndin elektrik şəbəkəsinin yenidən qurulmasına bu günlərdə başlanacağı onların diqqətinə çatdırılıb.

Araşdırılması vaxt tələb edən digər məsələlər nəzarətə götürülüb və həlləri istiqamətində müvafiq tapşırıqlar verilib.

Səyyar qəbuldan sonra İcra Hakimiyyəti başçısının Hil kəndindən olan şəhid ailələri, qazilər və ağsaqqallarla görüşü də baş tutub. Çay süfrəsi ətrafında səmimi dialoq şəraitində keçən görüşdə adları Vətən tarixinə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini vurğulayan icra başçısı şəhidlərimizin xatirəsini ehtiramla anıb, qazilərimizə şəfa diləyib.

S. Məmmədxanov görüşdə iştirak edən şəhid ailələri və qazilərin qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.

Görüşlərdən sonra vətəndaşların qaldırdıqları içməli su məsələsi ilə əlaqədar kəndin bir hissəsini su ilə təmin edən gölə baxış keçirilib.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO