Zaqatalada məktəblilər arasında insidentin TƏFƏRRÜATLARI - FOTO/VİDEO

Zaqatalada məktəblilər arasında insidentin TƏFƏRRÜATLARI - FOTO/VİDEO

Hazırda oxunan: Zaqatalada məktəblilər arasında insidentin TƏFƏRRÜATLARI - FOTO/VİDEO

242282

Xəbər verdiyimiz kimi ötən gün Zaqatalanın Əliabad qəsəbəsində məktəblilər arasında dava bıçaqlanma ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosu hadisənin təfərrüatları ilə bağlı məlumat əldə edib.

Belə ki, 11-ci sinif şagirdi həmkəndlisi olan yeniyetməni bıçaqlayıb. Qəsəbə sakini, 17 yaşlı Nəzir Zerabovla həmkəndlisi 16 yaşlı Kərim Qədirov arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Yeniyetmələrin mübahisəsi əvvəlcə davaya çevrilib. Sonradan isə əsəblərini cilovlaya bilməyən Nəzir Zerabov üzərində gəzdirdiyi bıçaqla Kərim Qədirova xəsarət yetirib.

Hadisədən sonra Kərim Qədirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib. Hazırda onun vəziyyəti yaxşıdır.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli sayılan Nəzir Zerabov hazırda Əliabad qəsəbəsində fəaliyyət göstərən tam orta məktəblərdən birinin 11-ci sinif şagirdidir. Xəsarət alan Kərim Qədirov isə 2023-2024-cü tədris ilinin sonunda oxuduğu məktəbin 9-cu sinifini başa vurduqdan sonra məktəbdən çıxıb, hazırda oxumur.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Zərərçəkmişin xəsarəti ilə bağlı məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda rayon polis şöbəsindən araşdırmalar davam etdirilir.












Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO