Goranboy məktəbində baş verən insidentlə bağlı YENİ DETALLAR

Goranboy məktəbində baş verən insidentlə bağlı YENİ DETALLAR

Hazırda oxunan: Goranboy məktəbində baş verən insidentlə bağlı YENİ DETALLAR

242257

Xəbər verdiyimiz kimi, bu gün Goranboyda Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında insident baş verib.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Raminə Məmmədovanın Bizim.Media-nın yerli bürosuna verdiyi açıqlamada bildirib ki, 3 aprel tarixində Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbinin 2-ci sinfində oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda DƏHŞƏT: Qadın məktəbdə müəllimi bıçaqladı, övladını isə...


“Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

İdarədən onu da bildiriblər ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, aprelin 3-də Goranboy rayonunun Hazırəhmədli kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq övladını döyüb, daha sonra isə bıçaqla müəllimin əlinə xəsarət yetirib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO