Bakıda doğulan, hazırda isə Rusiyada yaşayan erməni şərhçi Nobel Arustamyan sabah başlayacaq futbol üzrə Avropa çempionatı üçün akkreditə olunub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bundan əvvəl "Matç TV"nin baş prodüseri, anası erməni olan Tina Kandelaki deyib ki, Nobel yaxınlarının yaşadığı Qarabağa dəfələrlə getdiyindən Azərbaycan Futbol Federasiyası şərhçini akkreditə etməyib.
Verilən imtina Arustamyanın çempionatın işindən kənarlaşdırılması demək idi. Üstəlik, qadağa Rusiyada baş tutan matçlara da şamil edilirdi.
Xatırladaq ki, Azərbaycan işğalda olan torpaqlara qanunsuz gedən şəxsləri “qara siyahı”ya salır.
Bizim.Media