Xankəndidə silah-sursat tapılan hotel İşxanyana məxsus imiş... - Məhkəmədə ETİRAF

Xankəndidə silah-sursat tapılan hotel İşxanyana məxsus imiş... - Məhkəmədə ETİRAF

Hazırda oxunan: Xankəndidə silah-sursat tapılan hotel İşxanyana məxsus imiş... - Məhkəmədə ETİRAF

242246

Azərbaycanın dövlət suverenliyi təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında Xankəndi şəhərində təqsirləndirilən şəxs David İxşanyana məxsus “Park” adlı hoteldə silah-sursat və rabitə vasitələri aşkarlanıb.

Bizim.Media xəbər verir ki, aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısı ona həmin silah-sursatla bağlı sual ünvanlayıb.

Təqsirləndirilən şəxs rabitə vasitələrinin hotelə məxsus olduğunu deyərək silah-sursatla bağlı məsələdə isə digər erməni sakinləri günahlandıraraq deyib: “Mənim fikrimcə, o hadisədən bir həftə əvvəl Ağdərədən gələn ermənilər o hoteldə məskunlaşmışdı. Ehtimal ki, silah-sursatı onlar qoyublar”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO