Goranboyda 26 yaşlı qadın məktəbə kəsici alətlə gəlib. Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında insident baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq bıçaqla övladına xəsarət yetirmək istəyərkən, onun qarşısını almağa çalışan müəllimin əlinə xəsarət yetirib.
Həmçinin onun şagirdlərə də xəsarət yetirməyə cəhd etdiyi bildirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov
Bizim. Media-ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Rzayeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:30 / 03.04.2025
Müəllim övladını bıçaqlamaq istəyən ananın qarşısını alarkən YARALANDI
Hazırda oxunan: Müəllim övladını bıçaqlamaq istəyən ananın qarşısını alarkən YARALANDI
Hazırda oxunan: Müəllim övladını bıçaqlamaq istəyən ananın qarşısını alarkən YARALANDI
242245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.