İşxanyan məhkəmədə Sarkisyanı İFŞA ETDİ -SENSASİON AÇIQLAMA

İşxanyan məhkəmədə Sarkisyanı İFŞA ETDİ -SENSASİON AÇIQLAMA

Hazırda oxunan: İşxanyan məhkəmədə Sarkisyanı İFŞA ETDİ -SENSASİON AÇIQLAMA

242213

“Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi, amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən səsləndirib.

O, eyni zamanda Birinci Qarabağ Müharibəsində qondarma rejimin “ordu”sunun idarə olunmasının “özünümüdafiə komitəsi” tərəfindən həyata keçirildiyini bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO