Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıb. Aidiyyatı qurumlar bu haqda məlumatlandırılıb.
Meyit qalıqları ekspertizaya göndərilən şəhid Qurban Göyüşovun qardaşı Zahir Göyüşovun Bizim.Media-ya verdiyi məlumata görə, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.
Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.
Əsəddin Novruza aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də hadisə yerində olacaq və Əsəddin Novruzovun qalıqlarını götürəcəklər.
Qeyd edək ki, adı çəkilən şəxslər,1992-ci il martın 12-də şəhid olublar.
Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri də şəhid olduqdan sonra dəfn edildikləri yerdə tapılıb.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:21 / 03.04.2025
Ağdam Prokurorluğu insan sümükləri ilə bağlı araşdırmaya başladı - FOTO
Hazırda oxunan: Ağdam Prokurorluğu insan sümükləri ilə bağlı araşdırmaya başladı - FOTO
Hazırda oxunan: Ağdam Prokurorluğu insan sümükləri ilə bağlı araşdırmaya başladı - FOTO
242212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.