84 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib

84 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib

Hazırda oxunan: 84 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib

242189

Bu ilin mart ayının ortalarına olan məlumata görə, Türkiyədə 1 milyon 76 min 643 əcnəbiyə yaşamaq icazəsi verilib.

Bizim.Media bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Mənbə qeyd edir ki, onlardan 84 min 85-i Azərbaycan vətəndaşıdır.

Qurum, həmçinin bu ilin əvvəlindən Türkiyədə 29 mindən çox qeyri-leqal miqrantın saxlanıldığını bildirib. Bu rəqəmin 2020-ci ildən bəri 1 milyon 80 minə çatdığı vurğulanıb.

Nazirliyin məlumatına görə, saxlanılan miqrantların ən çoxu Əfqanıstandandır. Daha sonra Suriya vətəndaşları gəlir.

Bundan əlavə, 2020-ci ildən qeyri-leqal miqrasiyanın təşkili ilə məşğul olan 2169 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO