Sabirabadda körpə ölümü: Prokurorluq hərəkətə keçdi

Sabirabadda körpə ölümü: Prokurorluq hərəkətə keçdi

Hazırda oxunan: Sabirabadda körpə ölümü: Prokurorluq hərəkətə keçdi

242107

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə 2 döl və 1 körpənin ölüm faktı araşdırılır.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bununla bağlı prokurorluqda araşdırma başlayıb.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sabirabadda son 10 gün ərzində 2 döl, 1 körpə tələf olması barədə məlumat yayıb.

Məlumata görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə 23 mart saat 01:20-də 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.

1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə isə 24 mart saat 01:50-də uşaqlıqda 2 dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib, vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
 

Eyni zamanda, mərkəzə 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.


Qeyd edilib ki, hər üç zahının müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO