Ötən ay Bakıda havanın maksimum temperaturu 32 dərəcə olub

Ötən ay Bakıda havanın maksimum temperaturu 32 dərəcə olub

Hazırda oxunan: Ötən ay Bakıda havanın maksimum temperaturu 32 dərəcə olub

242091

2025-ci ilin mart ayında ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
 

Məlumata görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.3-16.0 dərəcə), 4 gün isə normadan aşağı (0.7-6.3 dərəcə) olub, orta aylıq temperatur isə 9.7 dərəcə isti qeydə alınıb.


O bildirib ki, ötən ay maksimal temperatur martın 18-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu Kürdəmir rayonunda 32.5 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 32.1 dərəcə isti olub:

“Minimal temperatur isə ölkə üzrə martın 2-i Şahdağda 21.2 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə 6 dərəcə şaxta müşahidə olunub. 2025-ci ilin mart ayında bölgələr üzrə 12 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 127 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 86 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb”.

N. Mahmudovun sözlərinə görə, mart ayının bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb:

“Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 105 sm olub. Martın 23-də Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb. Mart ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 8 dəfə sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 15 gün, bölgələrdə isə 16 gün küləkli olub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 30 m/s-dək güclənib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO