Xəbər verdiyimiz kimi, DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub.
Bizim.Media xəbər verir ki, DTX rəisi general-polkovnik Əli Nağıyev tədbirdə çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı QEYD OLUNDU –FOTO
Əli Nağıyev ötən il ərzində də təhlükəsizliyin etibarlı təmin olunması baxımından DTX-nin səmərəli fəaliyyət göstərdiyini, xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulayıb.
Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirib.
Bizim.Media