“Kanal S”dən Nigar Fərhadla bağlı AÇIQLAMA – “Veriliş müvəqqəti dayandırılıb, aparıcı ilə profilaktik söhbət aparılır”

“Kanal S”dən Nigar Fərhadla bağlı AÇIQLAMA – “Veriliş müvəqqəti dayandırılıb, aparıcı ilə profilaktik söhbət aparılır”

Hazırda oxunan: “Kanal S”dən Nigar Fərhadla bağlı AÇIQLAMA – “Veriliş müvəqqəti dayandırılıb, aparıcı ilə profilaktik söhbət aparılır”

242072

“Sözün bitdiyi an” verilişinin aparıcısı Nigar Fərhad fikirlərini düzgün ifadə etmədiyi üçün onun sözləri son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu səbəbdən “Kanal S” verilişin yayımını dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə televiziya rəsmi məlumat yayıb.

“Efirimizdə yayımlanan “Sözün bitdiyi an” verilişinin aparıcısı Nigar Fərhadın səsləndirdiyi fikirlər “Media haqqında” qanununun 14.1.4-cü maddəsinin tələblərinin pozulmasıdır. Bundan böyük təəssüf hissi keçiririk.

Aparıcı ilə izahedici söhbətlərin aparılması, bu cür halların gələcəkdə təkrarlanmaması üçün verilişin yayımının müvəqqəti dayandırılması qərarı alınıb”, - “Kanal S”-in məlumatında vurğulanıb.

Qeyd edək ki, Nigar Fərhadın aparıcısı olduğu verilişdə “Mənim oğlum olsa, ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub. Aprelin 1-də isə Audiovizual Şura “Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO