Bakı şəhəri, Faiq Yusibov küçəsi, Keşlə bazarına 17 nömrəli marşrut avtobusunun gəlməməsi sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, sakinlər avtobusa minmək üçün 20 dəqiqə piyada yol qət etməlidirlər.
Sakinlərin sözlərinə görə, sürücülər görülən işlər yekunlaşana qədər sözügedən əraziyə girməyəcəklər:
"Tikinti işi görülsə də, yol açıqdır, digər avtomobillər bu ərazidən keçir. Amma avtobus gəlmir. Tikintinin 2 il vaxt alacağı deyilir, biz indi bu iki ildə piyada hər gün 20 dəqiqə yol getməliyik ki, avtobusa minə bilək? Bu hal bizə çətinlik törədir".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Oxu.az-a bildirilib ki, ərazidə aparılan tikinti işi avtobusun hərəkətinə çətinlik yaradır:
"Sözügedən ərazidə tikinti işləri davam etdirilir. Avtobusların qabarit ölçüləri nəzərə alınmaqla hərəkət və manevr etməsində çətinlik yaranır. Eyni zamanda, yolun müəyyən hissələrində asfalt örtüyündə olan çökmələr avtobusların zədələnməsinə səbəb ola bilər. İctimai nəqliyyatın təhlükəsiz hərəkəti və sıxlıqda qalmaması üçün sözügedən ərazidən hərəkəti məqsədəuyğun deyil".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:07 / 02.04.2025
Bu marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi: Sakinlər narazılıq edir
Hazırda oxunan: Bu marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi: Sakinlər narazılıq edir
Hazırda oxunan: Bu marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi: Sakinlər narazılıq edir
242065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.