Dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətlərinin yuxarı həddi və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Tarif Şurası bununla bağlı qərar qəbul edib.
İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 8 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/ckfinder/userfiles/files/Q%C9%99rarlar%202025-davam%C4%B1/DVA.pdf) yerləşdirilib.
Bu qərar 2025-ci il 5 aprel tarixindən qüvvəyə minir.
//tariff.gov.az/ckfinder/userfiles/files/Q%C9%99rarlar%202025-davam%C4%B1/044-N2-%C6%8F.pdf
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:48 / 02.04.2025
Tarif Şurasından YENİ QƏRAR
Hazırda oxunan: Tarif Şurasından YENİ QƏRAR
Hazırda oxunan: Tarif Şurasından YENİ QƏRAR
242051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.