Zaqatalada bacısını güllələyən şəxsə HÖKM OXUNDU

Zaqatalada bacısını güllələyən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Zaqatalada bacısını güllələyən şəxsə HÖKM OXUNDU

242048

Bacısını öldürməkdə təqsirləndirilən Nurlan Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Hökmə əsasən, təqsirləndirilən Nurlan Əsgərov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Təqsirləndirilən Nurlan Əsgərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il may ayında Zaqatalada baş verib. Belə ki, Nurlan Əsgərov aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürüb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham maddəsi ilə ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO