Şahbaz Şərifdən İlham Əliyevə: “Sizi İslamabadda görməyə böyük ümid bəsləyirəm”

Şahbaz Şərifdən İlham Əliyevə: “Sizi İslamabadda görməyə böyük ümid bəsləyirəm”

Hazırda oxunan: Şahbaz Şərifdən İlham Əliyevə: “Sizi İslamabadda görməyə böyük ümid bəsləyirəm”

242040

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, Əziz Qardaş.

Sizə, yaxınlarınıza və qardaş Azərbaycan xalqına sevimli Novruz bayramı münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Novruz bayramı baharın gəlişini, yeni başlanğıcları, harmoniyanı və ümidi simvolizə edir. Bu bayram, həmçinin bizə dostluq bağlarını yeniləmək və arzularımızı bölüşmək üçün əlverişli imkan yaradır.

Bu ruhda mən Pakistanın qardaşlıq əlaqələrimizi qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yönəltməklə bağlı güclü öhdəliyini bir daha təsdiqləyirəm.

Zati-aliləri, bu ilin fevralında gözəl ölkənizə səfərim zamanı Sizinlə səmimi və məhsuldar görüşlərimi məmnuniyyətlə xatırlayıram. Zati-alinizi İslamabadda görməyə böyük ümid bəsləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO