Qubalıların özünəməxsus ƏNƏNƏSİ – FOTO/VİDEO

Qubalıların özünəməxsus ƏNƏNƏSİ – FOTO/VİDEO

Hazırda oxunan: Qubalıların özünəməxsus ƏNƏNƏSİ – FOTO/VİDEO

242034

Qubada illərdir yaşadılan və qorunub saxlanılan ənənəvi “səməni atdı" mərasimi bu gün də keçirilib. Yerli əhali illərdir bu adəti yaşadır və icra edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hər il aprel ayının 2-də, Novruz bayramından 13 gün sonra qubalı qız-gəlinlər, yaşlı insanlar Qudyalçayın üstünə gəlib şadyanalıq edir, arzu və niyyət edib bayramda cücərtdiyi səmənini axar suya atırlar. Bu adət məhz Qubaya, qubalılara məxsus bir ənənədir.
 

Adətin davamlı olması üçün qubalılar çay başında etdiyi arzu və istəkləri il ərzində çin olanda, həyata keçəndə yenidən növbəti ilin həmin tarixində Qudyalçayın üstünə gəlir, burada konfet və müxtəlif şirniyyatlar paylayırlar.


Quba camaatının illərdir yaşadılan, şifahi xalq ədəbiyyatından gələn bu adəti rayona gələn qonaqların, eləcə də turistlərin marağını cəlb edib.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO