Bakı sakini yerə siqaret atdı, 300 manat CƏRİMƏLƏNDİ

Bakı sakini yerə siqaret atdı, 300 manat CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Bakı sakini yerə siqaret atdı, 300 manat CƏRİMƏLƏNDİ

242029

Ötən ildən etibarən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılıb.

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, həmin qaydaya əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb.
 

Lakin vətəndaşların bu məsələdə məlumatsız olmaları onların yüksək məbləğdə cərimələnmələri ilə nəticələnir.


Məsələ ilə bağlı müraciət edən paytaxt sakini bildirib ki, qanuna dəyişiklikdən xəbərsiz olub, Yasamal rayonu ərazisində siqaret çəkib və siqaret kötüyünü yerə atıb. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıblar və protokol tərtib olunub, 300 manat cərimələnib.

Xatırladaq ki, qanuna əsasən eyni əməlin bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO