AQTA cəzalandırsa da, “Top Qapı” antisanitar fəaliyyətini davam etdirir – Sahibindən AÇIQLAMA – FOTO

AQTA cəzalandırsa da, “Top Qapı” antisanitar fəaliyyətini davam etdirir – Sahibindən AÇIQLAMA – FOTO

Hazırda oxunan: AQTA cəzalandırsa da, “Top Qapı” antisanitar fəaliyyətini davam etdirir – Sahibindən AÇIQLAMA – FOTO

242026

Son dövrlərdə AQTA tərəfindən bir çox restoranların işində nöqsanlar aşkarlanıb və onların fəaliyyətləri məhdudlaşdırılıb. Bu cür restoranlardan biri də Nərimanov rayonu, Əhməd Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən “Top Qapı” restoranıdır.

Belə ki, martın 12-də Qida Təhlükəsizliyi Agentliyi Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” restoranında yoxlama aparıb və ciddi nöqsanlar aşkarlayıb.

Məlum olub ki, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı mətbəxdə havalandırma sisteminin qurulmayıb, qida məhsulları tələb olunan qaydada və temperaturda saxlanılmır, qida ilə təmasda olan işçilər tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışır, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsullar istehlaka təqdim olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

“Top Qapı” AQTA-nın qərarlarına əməl etməyib
 

MÖVZU İLƏ BAĞLI:

“Top Qapı” restoranının sahibi Pərviz Dadaşovla bağlı TƏDBİR GÖRÜLDÜ – FOTO


Aprelin 1-də isə AQTA tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.

Faktla bağlı Pərviz Dadaşov barəsində inzibati icraata başlanılıb.

Məsələ ilə bağlı “Top Qapı” restoranı ilə əlaqə saxladıq. Restoranın rəhbəri Pərviz Dadaşov Bizim.Media-ya açıqlamasında bildirib ki, AQTA-nın iradları aradan qaldırılıb:

“Restoran əvvəlki qaydada öz işini davam etdirir. Sosial şəbəkələrdə yayılan son şəkillərsə indinin yox, çoxdanın şəkilləridir”.

Xatırladaq ki, son zamanlarda AQTA tərəfindən bir çox restoranların işində nöqsanlar aşkarlandığı üçün fəaliyyətləri məhdudlaşdırılıb. Həmin restoranlar siyahısında “Top Qapı” ilə yanaşı “Vətən”, “Sarı qaya”, “Xarı Bülbül” kimi iaşə obyektləri də var.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO