“Televiziyalarda yetkin kadrların olmaması öz sözünü deyir” – Deputatdan SƏRT TƏNQİD

“Televiziyalarda yetkin kadrların olmaması öz sözünü deyir” – Deputatdan SƏRT TƏNQİD

Hazırda oxunan: “Televiziyalarda yetkin kadrların olmaması öz sözünü deyir” – Deputatdan SƏRT TƏNQİD

242013

"Kanal S" televiziyasının aparıcısı Nigar Fərhadın iki gündür geniş müzakirə olunan yanlış və uğursuz ifadəsi daha çox bir şəxsin xətası, yanlış addımı kimi qiymətləndirilir. Qınaqlar və iradlar da yalnız müəllifin ünvanına söylənilir.

Halbuki Azərbaycan efirində teleaparıcı məsləyini gözdən salan, gərəksiz, düşünülməmiş ifadələnin səslənməsi ilk dəfə baş vermir. Daha öncə də efirdə dəfələrlə bu cür hiddət doğuran xətalar olub.

Mövzuya münasibətini Bizim.Media vasitəsilə  açıqlayan millət vəkili Fazil Mustafa deyib ki, bu məsələ ilə bağlı mətbuatda, sosial şəbəkələrdə xeyli müzakirələr getdi:
 

MÖVZU İLƏ BAĞLI:

Mətbuat Şurası “Kanal S”də baş verənləri PİSLƏDİ


"Bəli, uğursuz ifadə idi. Amma bu ifadələr nədən qaynaqlanır? Savadsızlıqdan! Yəni televiziyaların seçim alternativləri böyük deyil. Çünki təhsilimiz kütləvi şəkildə normal savad verə biləcək mahiyyətdə olmadığına görə, bunun sıxıntısını bütövlükdə cəmiyyətimiz çəkməli olur. Televiziyalarda ideal məktəblər yoxdur. Həm də indi bir televiziya deyil. Əvvəllər bir televiziya idi deyə AzTV-də daha yetkin kadrların işə götürülməsi mümkün idi. İndi xeyli sayda televiziyalar var. Burda da adamların işə götürülməsi meyarları açığı, bizim arzuladığımız şəkildə deyil. Ona görə də götürdükləri adam çıxıb ora vaxtı doldurmalı, bunun üçün də söz deməlidir. Amma söz demək, danışmaq üçün həmin şəxsin kifayət qədər söz ehtiyatı olmalıdır. Dünyagörüşü, mövzu ilə bağlı hazırlığı olmalıdır. Bunlar olmadığına görə belə talesiz, uyğunsuz ifadə işlədib”.

Millət vəkili bildirib ki, bu, ümumi problemdir:

“Məsələyə bir aparıcı üzərindən baxılmamalıdır. Bütövlükdə məhdud sayda yetkin kadrların olmaması bütün mənalarda öz sözünü deyir. Bu baxımdan da məsələyə daha geniş, daha əhatəli baxış olmalıdır. Yəni problemin kökü təhsillə bağlıdır. Yetkin insanların sayı azalmağa başlayır. Bu da gələcəkdə ölkəmiz üçün daha çox cəhalət, daha çox savadsızlıq simptomlarının yayğınlaşmasının səbəbinə çevriləcək. Televiziya da bunun görünən tərəfidir. Bütün sahələrdə bu çətinliklər qarşımıza çıxa bilər. Ona görə də məsələyə bir şəxsi linç eləmək baxımından yox, problemi gündəmə gətirərək onun əsl səbəbini aradan qaldırmaq üçün bir şeylər eləməyə çalışmalıyıq”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO