Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücünün görüntüləri yayılıb.
Bizim.Media Xəzər TV-yə istinadən məlumat verir ki, kadrlardan göründüyü kimi, 3 nəfər yolu keçməyə çalışır. Sürətlə hərəkət edən avtomobili görən iki piyada dayanır, üçüncü piyada isə qaçaraq yolu keçməyə çalışır və bu zaman avtomobillə vurulur. O, hadisə yerində həyatını itirir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, martın 31-i saat 23 radələrində Xətai rayonu ərazisində paytaxt sakini, 45 yaşlı qadın naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş Bakı şəhər sakini, 31 yaşlı Şamxal Şirinov idarə etdiyi avtomobillə birgə saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:57 / 02.04.2025
Bakıdakı ağır qəzanın ANBAAN VİDEOSU
Hazırda oxunan: Bakıdakı ağır qəzanın ANBAAN VİDEOSU
Hazırda oxunan: Bakıdakı ağır qəzanın ANBAAN VİDEOSU
242004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.