Goranboyda 61 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şahməmmədli kəndində baş verib.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü N. Quliyeva sirkə turşusundan zəhərlənib.
Qadına ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu