Əməkdar jurnalist dünyasını dəyişdi - FOTO

Əməkdar jurnalist dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: Əməkdar jurnalist dünyasını dəyişdi - FOTO

241972

Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

Məlumata görə, o bu gün uzun sürən xəstəlikdən sonra 73 yaşında yaşadığı mənzildə dünyasını dəyişib:

“Şuranın İdarə Heyətinin üzvləri “Səs” qəzetinin veteran yazarı Valeh Məhərrəmlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirlər”.
 

V.Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildə “Səs” qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələrdə çalışıb.


O, “Tərəqqi” medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO