Söküntü zamanı yaranan problemlərin səbəbkarı kimlərdir? - VİDEO

Söküntü zamanı yaranan problemlərin səbəbkarı kimlərdir? - VİDEO

Hazırda oxunan: Söküntü zamanı yaranan problemlərin səbəbkarı kimlərdir? - VİDEO

241917

Bakıda hansısa ərazi plana düşəndə, sakinlər və söküntünü həyata keçirən şirkətlər arasında müəyyən anlaşılmazlıqlar meydana çıxır. Adətən evlərin ölçülərinin təyin olunması və təyin edilən ölçünün qiymətləndirilməsi zamanı vətəndaşlar nəticədən narazı qalırlar.

Mübahisəlar yaranır və münaqişənin həlli çətinləşir. Bəs belə mübahisələrin həlli nədədir?

Söküntülər zamanı şirkətlər və mülkiyyətçilər arasındakı konfliktin səbəbkarı kimdir?

Bizim.Media xəbər verir ki, Baku TV paytaxt sakinləri arasında mövzu ilə bağlı sorğu keçirib.

Vətəndaşlar bu məsələdə problemlərin yaranmasına əsasən tikinti şirkətlərinin səbəb olduğunu bildiriblər.

Sakinlər "Tikinti şirkətləri az məbləğ təklif etdiyi üçün mülkiyyətçi razılaşmır", "Tikinti şirkətləri başlı-başına buraxılıblar. Onlar da özbaşınalıq edirlər", "Bu məsələdə tikinti şirkəti güzəştə getməlidir. Söküntünü mülkiyyətçinin razılığı ilə həyata keçirməlidir" kimi fikirlər səsləndiriblər.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO