Əlilliyi olan şəxslər boşanarsa, nə qədər aliment ÖDƏYİRLƏR?

Əlilliyi olan şəxslər boşanarsa, nə qədər aliment ÖDƏYİRLƏR?

Hazırda oxunan: Əlilliyi olan şəxslər boşanarsa, nə qədər aliment ÖDƏYİRLƏR?

241908

Fiziki və əqli qüsurlu şəxslərin boşanması zamanı aliment məsələsi, hüquqi baxımdan xüsusi diqqət və yanaşma tələb edir. Bu şəxslərin fəaliyyət qabiliyyəti və gəlir əldə etmə imkanlarının məhdud olması, aliment ödənişlərinin necə həyata keçirilməli olduğunu daha da mürəkkəbləşdirir.

Belə hallarda, aliment ödənişləri ilə bağlı müəyyən qaydalar və xüsusi tənzimləmələr mövcuddur ki, bu da şəxsin sosial vəziyyətini və tibbi durumunu nəzərə alaraq hüquqi prosedurları tənzimləyir.

Bəs, həmin şəxslər boşandıqdan sonra aliment ödənişləri hansı formada həyata keçirilir? Sözügedən şəxslər üçün hər hansı imtiyazlar mövcuddurmu?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının konstitusiyasına görə əlillər və sağlamlıq imkanları məhdud olan şəxslər konstitusiyaya uyğun şəkildə hüquqlar daşıyırlar və vəzifələr icra edirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Əlilliyi olan şəxslər üçün YENİ GÜZƏŞTLƏR


“Övladı saxlamaq valideynlərin vəzifəsi, tərbiyə etmək isə hüququdur. Valideynlər gəlirləri müqabilində uşağın yetişdirilməsinə cəlb edilirlər. Tərəflər arasında boşanma baş verdiyi zaman onlardan birisinin sağlamlıq imkanları məhdud olarsa, məhkəmə aliment təyin olunan zaman bu halı nəzərə alır və bu şəxslərin maddi durumları nisbətində aliment təyin edilir. 2025-ci il Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 246 azn müəyyən edilib. Məhkəmə uşağın hansı tərəfdə qalması, aliment öhdəliklərinin müəyyən olunmasını öz qərarlarında qeyd edir. Bu, qərar da qanuna əsaslanır”, - o, deyib.

Hüquqşünasın fikrincə, bu sahədə tənzimlənmələrə gərək var:

"Burada uşaqların hüquqları ön plana çıxır. Əgər valideyn əlildirsə, alimenti ödəmək imkanı yoxdursa, dövlət həmin uşaqlar üçün aylıq əlavə müavinətlər və büdcədən ayrılması nəzərdə tutan ödəmələr həyata keçirməlidir. Gələcəkdə bununla bağlı sui-istifadə hallarına yol verilməməsi üçün mütəmadi nəzarət tədbirləri görülməlidir" - deyə o vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO