Ağcabədidə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Bəhrəmtəpə Hindarx yolunun Ağcabədi rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "VAZ"2107 markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dəmir məhəccərə çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər Ağcabədi rayon Xocavənd kənd sakinləri - Mamedov Elyas Feyruz oğlu, Ağayev Rahib Xəlil oğlu, Hüseynov Əlvan Fikrət oğlu və Quliyev Etibar Asif oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:55 / 01.04.2025
Ağcabədidə avtomobil dəmir məhəccərə ÇIRPILIB – Yaralılar var - FOTO
Hazırda oxunan: Ağcabədidə avtomobil dəmir məhəccərə ÇIRPILIB – Yaralılar var - FOTO
Hazırda oxunan: Ağcabədidə avtomobil dəmir məhəccərə ÇIRPILIB – Yaralılar var - FOTO
241897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.