Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən ÇIXARILDI

Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən ÇIXARILDI

Hazırda oxunan: Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən ÇIXARILDI

241888

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.

Bizim.Media xəbər verir ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib:
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimləri təhqir edən direktorun SƏSYAZISI YAYILDI - VİDEO

 

“Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”.

Xatırladaq ki, müəllimləri təhqir etdiyi iddia olunan 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səsyazısı üzə çıxıb. Səsyazısında direktorun müəllimlərdən pul yığdığı, onlara qarşı uyğunsuz davranış sərgilədiyi, hətta müəllmlərə “hinduşkabaş” deyərək təhqir etdiyi məlum olub.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO