Nazir iki şöbə müdirini işdən çıxartdı

Nazir iki şöbə müdirini işdən çıxartdı

Hazırda oxunan: Nazir iki şöbə müdirini işdən çıxartdı

241838

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.

Bizim.Media xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayevin əmri ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.

Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Bayramovdur. Onların yerinə yeni təyinat olmayıb.

Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edir.

Nazir V.Mustafayevin əmri ilə Aslanov Azad Ramiz oğlu isə Müdafiə Sənayesi Nazirliyinin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.

Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimov və Nadim Bayramovu 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi. (Teleqraf)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO