İki bölgədə açıq ərazilərdə YANĞINLAR OLDU

İki bölgədə açıq ərazilərdə YANĞINLAR OLDU

Hazırda oxunan: İki bölgədə açıq ərazilərdə YANĞINLAR OLDU

241784

Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun isə Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.


Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Həmçinin Xaçmaz rayonunun Qalağan, Canaxır kəndlərində açıq ərazidə və Quba rayonunun Küsnət kəndində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının qarşısı alınıb.

Belə ki, FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar küləkli hava şəraitinə baxmayaraq geniş sahələrə yayılmasına imkan verilmədən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO