Şokoladın arıqlamağa kömək etdiyi sübut olunub.
Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri “Functional Foods” jurnalında dərc olunub.
Çindəki Çjençjou Universitetində aparılan tədqiqata görə, şokoladın tərkibində olan teobromin adlı kimyəvi maddə orqanizmə və beyin¬ə çox faydalıdır. Kakao dənəsində olan bu maddə, iltihab əleyhinə təsir göstərir, antioksidantlarla zəngindir, hətta beyni Altsheymer xəstəliyindən də qorumağa kömək edir.
Alimlər həmçinin qeyd edib ki, teobromin yüksək xolesterolun yaddaş və kognitiv funksiyasının mənfi təsirlərinə qarşı mübarizə apara bilər.
“Teobromin qan dövranı sistemi vasitəsilə beyinə nüfuz edir ki, bu da beynin fəaliyyətini, həmçinin əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiya ilə mübarizə aparmağa kömək edir. Şokoladın arıqlamağa kömək etdiyi də sübut olunub, çünki teobromin orqanizmə yağları parçalamağda dəstək göstərir”, - deyə araşdırmanın müəllifləri izah edib. (saglamolun.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
01:26 / 01.04.2025
Şokoladın arıqlamağa kömək etdiyi SÜBUT OLUNDU
Hazırda oxunan: Şokoladın arıqlamağa kömək etdiyi SÜBUT OLUNDU
Hazırda oxunan: Şokoladın arıqlamağa kömək etdiyi SÜBUT OLUNDU
241770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.