Külək güclənib, bölgələrə leysan yağır - FAKTİKİ HAVA

Külək güclənib, bölgələrə leysan yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Külək güclənib, bölgələrə leysan yağır - FAKTİKİ HAVA

241735

Milli Hidrometeorologiya Xidmətinin martın 31-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bizim.Media xəbər verir ki, hazırda bəzi yerlərdə qərb küləyi əsir.
 

Küləyin sürəti Zaqatala və Daşkəsəndə 28, Balakəndə 25, Altıağacda 22, Yevlax, Şəki, Mingəçevir, Şahdağ və Xaçmazda 20, Bərdədə 18, Culfa və Gədəbəydə 16, Şərurda 15, Şabranda 14 m/s təşkil edir.


Goranboy, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Mingəçevir, Yevlax, Ağstafa, Zaqatala, Balakən və Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Aran rayonlarında 26, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO