TƏBİB Sabirabadda ölən körpələrlə bağlı məlumat yayıb

TƏBİB Sabirabadda ölən körpələrlə bağlı məlumat yayıb

Hazırda oxunan: TƏBİB Sabirabadda ölən körpələrlə bağlı məlumat yayıb

241698

TƏBİB Sabirabadda bayram günlərində ölən körpələrlə bağlı məlumat yayıb.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabirabadda 10 gündə 3 körpə ölüb - Baş Prokurorluq araşdırır


Bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-də saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qram ölü döl xaric olunub.

Növbəti gün isə 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə saat 01:50 radələrində uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub.

Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Digər 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs isə hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub.

Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qr. ölü döl xaric olunub.

Qeyd edək ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO