Müəllim olduğunu deyən müğənni sertifikasiyadan kəsilib – FOTO

Müəllim olduğunu deyən müğənni sertifikasiyadan kəsilib – FOTO

Hazırda oxunan: Müəllim olduğunu deyən müğənni sertifikasiyadan kəsilib – FOTO

241695

Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsmət Səfərovun Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbinin müəllimi olması ilə bağlı məlumatlar yayılıb. Onun müəllim adına uyğun olmayan hərəkətləri qəzəblə qarşılanıb.

Bizim.Media “Modern.az”-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Səfərov Qismət Sərraf oğlu hazırda Lənkəran rayonu N.Həsənov adına Şıxakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərmir.

Qeyd edilib ki, O, 2024-cü ildə öz ixtisası üzrə təhsilverənlərin təkrar sertifikasiya imtahanında iştirak edib, lakin uğur qazanmayıb. Bu səbəbdən ötən il müqaviləsinə xitam verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO