Quba Soyqırımı Kompleksinin təmirinə qısa müddətdə başlanılacaq – ÖZƏL AÇIQLAMA- VİDEO

Quba Soyqırımı Kompleksinin təmirinə qısa müddətdə başlanılacaq – ÖZƏL AÇIQLAMA- VİDEO

Hazırda oxunan: Quba Soyqırımı Kompleksinin təmirinə qısa müddətdə başlanılacaq – ÖZƏL AÇIQLAMA- VİDEO

241694

Xəbər verdiyimiz kimi, Quba Soyqırımı Memorial Kompleksində cari təmir işlərinin aparılması üçün lazımi tədbirlər görülür. Artıq layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması məqsədilə müvafiq prosedurlara başlanılıb.

Bəs, təmir işlərinə nə zaman başlanılacaq?

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Bizim.Media-nın yerli bürosuna açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada soyqırım məzarlığı necə tapıldı - Hadisənin şahidi danışır - VİDEO


O bildirib ki, təmir işlərini aparacaq tikinti şirkəti artıq dəqiqləşib və qısa müddətdə işlərə başlanılacaq.

Xidmət rəisi eləcə də ermənilərin Quba qəzasında törətdiyi dəhşətli soyqırımı ilə bağlı aparılan araşdırmalardan danışıb və yeni məlumatların yaxın vaxtlarda açıqlanacağını vurğulayıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO