Abşeron rayonu, Masazır qəsəbəsində sakinlər heyvan qanının kanalizasiya suyuna qarışaraq küçəyə axdığını iddia edirlər.
Bizim.Media xəbər verir ki, sakinlərin bildirdiyinə görə, bu problem yeni deyil.
Onların sözlərinə görə, ət kəsimi və digər fəaliyyətlərlə əlaqəli olan bəzi müəssisələr tullantılarını düzgün idarə etmədiyi üçün qəsəbə sakinləri antisanitar şəraitlə üzləşir.
Sakinlər deyirlər ki, küçələrə yayılan qanlı su təkcə xoşagəlməz görüntü yaratmır, eyni zamanda müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Kanalizasiya daşır, nəticədə küçələr keçilməz olur.
Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirib ki, problemin qısa vaxt ərzində aradan qaldırılmasına başlanılacaq. O da qeyd olunub ki, hazırkı xoşagəlməz vəziyyət araşdırılır. Tezlikdə ciddi tədbirlər görüləcək.
Ətraflı “Xezerxeber.az”ın videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:50 / 31.03.2025
“Elə bil burada müharibə gedir” - Masazır sakinlərinin kanalizasiya şikayəti
Hazırda oxunan: “Elə bil burada müharibə gedir” - Masazır sakinlərinin kanalizasiya şikayəti
Hazırda oxunan: “Elə bil burada müharibə gedir” - Masazır sakinlərinin kanalizasiya şikayəti
241645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.