Bu il ali məktəblərə daha çox tələbənin qəbulu gözlənilir - VİDEO

Bu il ali məktəblərə daha çox tələbənin qəbulu gözlənilir - VİDEO

Hazırda oxunan: Bu il ali məktəblərə daha çox tələbənin qəbulu gözlənilir - VİDEO

241632

Ali təhsil müəssisələrinə qəbul planının artırılacağı gözlənilir.

Bizim.Media-nın Xezerxeber.az-a istinadla məlumatına görə, bu il ali məktəblərə daha çox tələbənin qəbulu planlaşdırılır.

Təhsil üzrə ekspert Elmin Nurinin sözlərinə görə, hazırkı dəqiq rəqəmlərə əsasən təkcə dövlət sifarişli yerlər 5000-ə qədər artacaq.

Ekspert qeyd edib ki, ötən illərlə müqayisədə qəbulda bu il rəqabət də artacaq.

Xatırladaq ki, bir müddət əvvəl Elm və Təhsil Nazirliyi də bu ilin qəbul proqnozları ilə bağlı məlumat verib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı da orta hesabla 25% artırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO