Ukraynanın Rusiyaya gizli hücum PLANI – Anatoli Vassermandan FAKTLAR

Ukraynanın Rusiyaya gizli hücum PLANI – Anatoli Vassermandan FAKTLAR

Hazırda oxunan: Ukraynanın Rusiyaya gizli hücum PLANI – Anatoli Vassermandan FAKTLAR

24162

Ukrayna və Rusiya cəmiyyətində izlənilən tanınmış publisist, teleaparıcı Anatoli Vasserman maraqlı açıqlama ilə yadda qalıb.

Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, jurnalist Ukraynanı NATO-nu Rusiyaya qarşı yönəldən qüvvə adlandırıb. Onun sözlərinə görə, “Dəniz briz”i təlimi əsl planları gizlətmək məqsədi güdür:
 

MÖVZU İLƏ BAĞLI:

YENİ MÜHARİBƏ OCAĞI: Zelenskidən Donbasda ölən 4 hərbçi ilə bağlı açıqlama


“Silahların ötürülməsi artıq hazırlanıb. Bir şey ki, Baltikyanı ölkələrdəki hər təlimdə regiona yeni hərbi texnikalar daşınır. Həmin silahların yanında isə hücuma hazır vəziyyətdə olan zabitlər yaşayır. Hazırda Ukraynada da güc toplanır, Rusiyaya zərbə üsulları ətrafında hazırlıqlar gedir. Bu işlərin fonunda indi Ukraynada NATO körpüsü yaradılır”.

Vassermanın fikrincə, Ukrayna demək olar ki, NATO üzvlüyünə qəbul olunub. Səbəb isə Kiyevin ABŞ Administrasiyasına təzim etməsidir:

“Ukrayna səmasında strateji aviasiya təyyarələri uçur və onlar Rusiyaya nüvə zərbəsi endirməyin yollarını araşdırırlar. Ukraynalı hərbçiləri isə NATO mütəxəssisləri öyrədir. Ukrayna silahlıları Vaşinqtondan idarə olunur. Rusiyanın da kifayət qədər müasir raketləri və müttəfiqləri var. Bəzi mərkəzlər ağıllı strateji qərarlar versə, Latın Amerikasında da Rusiya ilə birgə hərbi təlimlərə şad dövlətlər var”.

Jurnalistin sözlərinə görə, Rusiya istənilən həmləyə cavab vermək iqtidarındadır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO