İntihara cəhd edən Həsən Kürün son durumu açıqlandı

İntihara cəhd edən Həsən Kürün son durumu açıqlandı

Hazırda oxunan: İntihara cəhd edən Həsən Kürün son durumu açıqlandı

241601

Müasir tibb və sağlamlıq elmi insan bədəninin gizli möcüzələrini üzə çıxarmaqda davam edir. Onlardan biri də “otofaji” adlanan və bədənin özünü daxildən təmizləyərək yeniləməsi ilə nəticələnən bioloji mexanizmdir.

İntihara cəhd edən qazi-şair Həsən Kürün (Zeynallı) vəziyyətində irəliləyiş var.

Bizim.Media Axar.az -a istinadla xəbər verir ki, bu barədə yazıçı Azad Qaradərəli məlumat verib.

O bildirib:

"Bu gün qazi şair Həsən Kürü Sabunçu xəstəxanasında ziyarət etdim.Şükür! Səhhətində xeyli irəliləyiş var.Amma hələ də ciddi müalicələr almalıdır.İnanıram ki,onu dövlət rəsmiləri yalqız qoymayacaqlar".

Qeyd edək ki, qazi-şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

Hazırda qazi-şairin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) müalicəsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO