Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq builki Ramazan bayramı namazında iştirak etməyib.
Bizim.Media xəbər verir ki, buna səbəb A.Paşazadənin səhhətində problemlərin yaranmasıdır.
Hazırda QMİ sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də dini lider bayram namazına qatıla bilməyib.
Qeyd edək ki, bu gün Azərbaycanda Ramazan bayramıdır. Bakının Əjdərbəy məscidində bayram namazı QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamlığı ilə qılınıb.
Təzəpir məscidində isə bayram namazına adıçəkilən ibadət ocağının imamı Hacı Faiz Nağızadə rəhbərlik edib.
Xatırladaq ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində doğulub. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir. (Teleqraf)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:11 / 30.03.2025
Allahşükür Paşazadənin səhhətində problem yarandı
Hazırda oxunan: Allahşükür Paşazadənin səhhətində problem yarandı
Hazırda oxunan: Allahşükür Paşazadənin səhhətində problem yarandı
241562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.