Bəzi xəstəliklərə müalicə ilə yanaşı həm də bəzi vərdişlər faydalıdır. Ürək-damar sistemini qorumağa və ya sağlamlığının yaxşılaşmasına kömək edən bir sıra vərdişlər mövcuddur.
Bizim.Media həmin vərdişləri təqdim edir:
Bu narahatlığı olanlar daimi fiziki aktiv olmalıdırlar. Onlar həftədə ən azı 150 dəqiqə yüngül idmanla məşğul olmalıdırlar. Bu, gəzinti, üzgüçülük və ya velosiped sürməkdən ibarət ola bilər.
Stressi idarə etmə vərdişi də ürək-damar sistemini sağlam saxlayır. Bu məşqlərə meditasiya, nəfəs məşqləri, rahatlaşdırıcı fəaliyyətlər daxildir.
Ürək-damar sistemini qorumaq üçün qan təzyiqini və piylənmənin azalmasına fikir vermək önəmlidir. Bunun üçün də duz və şəkəri azaltmaq lazımdır.
Siqaret və alkoqoldan uzaq durmaq da damarların tıxanmasının qarşısını alır.
Sağlam vərdişlərə çox su içmək də aiddir. Su içmək qanın qatılaşmasının qarşısını alır və ürək yükünü azaldır.
Lakin ürək xəstələri həkim məsləhəti olmadan pəhriz və həyat tərzini kəskin dəyişməməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:04 / 30.03.2025
Ürək xəstələri üçün faydalı vərdişlər
Hazırda oxunan: Ürək xəstələri üçün faydalı vərdişlər
Hazırda oxunan: Ürək xəstələri üçün faydalı vərdişlər
241524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.