Baş Qərargah rəisləri Piterə toplaşır - Nəcməddin Sadıkovu kim əvəz edəcək?

Baş Qərargah rəisləri Piterə toplaşır - Nəcməddin Sadıkovu kim əvəz edəcək?

Hazırda oxunan: Baş Qərargah rəisləri Piterə toplaşır - Nəcməddin Sadıkovu kim əvəz edəcək?

24151

Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələri Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri komitəsinin iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan nümayəndə heyətləri qatılacaq.

Bundan başqa, MDB İcraiyyə Komitəsi və MDB Müdafiə Nazirləri Şurasının katibliyi də nümayənə heyəti ilə iclasa qatılacaq.

Azərbaycanı toplantıda kimin təmsil edəcəyi məlum deyil.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu il yanvarın 28-də yaydığı məlumata görə, general-polkovnik Nəcməddin Sadıkov müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılaraq, ordu sıralarından ehtiyata buraxılıb.

N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO