Azərbaycanda ən uzun oruc bu gün OLACAQ

Azərbaycanda ən uzun oruc bu gün OLACAQ

Hazırda oxunan: Azərbaycanda ən uzun oruc bu gün OLACAQ

241439

Bu gün Azərbaycanda Ramazan ayının sonuncu günüdür. Martın 30-31-i ölkəmizdə Ramazan bayramı qeyd ediləcək.

Bizim.Media xəbər verir ki, bu gün imsak saat 05:02-də olub, iftar isə 19:19-da açılacaq.

Bu da 14 saat 17 dəqiqəlik oruc deməkdir.

Qeyd edək ki, dünyanın müxtəlif bölgələrində günəşin doğuş və batış vaxtları fərqli olduğundan, imsak və iftar vaxtları arasında müddət də ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir.

Şimal qütbünə yaxın yerləşən Reykyavikdə günəşin batma və çıxma vaxtları arasında böyük fərqlər olur. 2025-ci ilin mart ayında burada oruc müddəti təxminən 16-17 saat arasında dəyişəcək.

Şimal Avropada yerləşən Osloda da ruc tutanlar üçün günlər uzundur. Mart ayında oruc müddəti təxminən 15-16 saat olacaq.

Keyptaun, Cənubi Afrika: Cənub yarımkürəsində yerləşən Keyptaunda mart ayında günlər daha qısadır. Burada oruc müddəti təxminən 11-12 saat arasında olacaq. Cənubi Amerikanın cənubunda yerləşən Buenos Ayresdə də oruc müddəti nisbətən qısadır. Mart ayında burada müsəlmanlar təxminən 12-13 saat oruc tutacaqlar. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO