Daha əlverişli biznes mühiti, Ermənistanla sülhə, regional təhlükəsizliyə nail olmaqla, sərhədlərin, bu yolla yeni iş yerlərinin açılmasına çalışmalıdır. Regionun daha sıx iqtisadi inteqrasiyası və azad ümumi bazar yaradılması üçün təşəbbüslərlə çıxış etməliyik.
Bizim.Media Axar.az -a istinadla xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan üzərindən Rusiyadan İrana qaz kəmərinin çəkilməsinə razılıq verdiyimizdən, tələb etməliyik ki, Rusiya və İran da Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə mane olmasın:
“Türkiyə və Azərbaycan Xəzərin dibi ilə dəmir və avtomobil yolunun çəkilməsi barədə müzakirələr açmalıdırlar. İqtisadiyyatın sürətli inkişafı üçün dövlət sektoru özəlləşdirilməli, bürokratik əngəllər aradan qaldırılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində əlavə işlər görülməlidir”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:30 / 29.03.2025
Deputatdan sensasion təklif: Xəzərin dibi ilə avtomobil yolu…
Hazırda oxunan: Deputatdan sensasion təklif: Xəzərin dibi ilə avtomobil yolu…
Hazırda oxunan: Deputatdan sensasion təklif: Xəzərin dibi ilə avtomobil yolu…
241397
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.